RU

Epşteyn ABŞ də altı gizli anbar icarəyə götürüb İddia

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Dünyada böyük qalmaqala səbəb olan maliyyəçi Ceffri Epşteynin fotoşəkillər və kompüterləri hüquq-mühafizə orqanlarından gizlətmək məqsədilə ABŞ-də altı gizli anbar icarəyə götürdüyü iddia olunur.

“The Telegraph” qəzetinin araşdırmasına əsasən, sözügedən obyektlərdə istintaq orqanları tərəfindən axtarış aparılmayıb. Bu isə Epşteynin işi ilə bağlı indiyədək üzə çıxmamış materialların mövcud ola biləcəyi ehtimalını gündəmdə saxlayır.

Nəşr yazır ki, Epşteyn 2000-ci illərin ortalarında mümkün axtarış barədə xəbər tutduqdan sonra özəl detektivlər cəlb edib. Həmin şəxslər onun kompüterlərini başqa anbara köçürüblər və Nyu-Yorkda təhlükəsiz məkan təşkil ediblər. Bildirilir ki, bu xidmətlərə görə on minlərlə dollar ödənilib.

Qəzetin məlumatına görə, daha sonra Epşteynin əməkdaşları kompüter və məlumat daşıyıcılarının Vircin adalarından ABŞ materikinə, gizli ünvanlara daşınmasını da müzakirə ediblər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
azpolitika.info

1Источники