“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsi baş direktor üçün strateji məsləhətçi xidmətinə görə 122 916 AZN ödəyəcək.
Pravda.az-ın xəbərinə görə, məbləğ Durak Halil İbrahim Nureddin oğlunun hesabına köçürüləcək.
Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 23 Fevral 2026, 17:42