RU

Ruhani həmin gecə Xameneiyə qarşı kimdən dəstək ala bilməyib? - Le Figaro

İranda yanvar etirazlarının pik nöqtəsindən bir müddət əvvəl ali lider Əli Xameneini devirmək və böhranın həll edilməsinin qarşısının alınması cəhdi edilib.

Ölkə.Az xəbərinə görə, bu barədə Fransanın "Le Figaro" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, təşəbbüs 7-8 yanvar gecəsi, etirazların pik nöqtəsinə çatmasından bir gün əvvəl irəli sürülüb və plana keçmiş prezident Həsən Ruhani rəhbərlik edib. Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin dəstəyinin olmaması səbəbindən cəhd uğursuz olub.

Həmçinin bildirilib ki, devrilmə cəhdi ilə bağlı məlumatların sızmasının qarşısını almaq üçün hazırkı prezident Maksud Pezeşkian müzakirələrdən kənarlaşdırılıb.

Избранный
18
1
olke.az

2Источники