RU

Keçmiş baş nazir dələduzluqda ittiham olunur

Polşanın keçmiş baş naziri Mateuş Moravetski Qazaxıstan, Avstraliya və Kolumbiyadan keyfiyyətsiz kömür almaqda ittiham olunur. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, daxili işlər naziri Marçin Kervinski keçmiş baş nazirin iddia edilən fırıldaqçılığını ifşa edib.

"Mateuş Moravetski hökuməti tərəfindən törədilən kömür fırıldağı fakta çevrilib", - deyə nazir vurğulayıb. Kervinskinin sözlərinə görə, Strateji Ehtiyatlar Agentliyi artıq Mateuş Moravetskinin mümkün cinayət fəaliyyəti ilə bağlı prokurorluğa hesabat təqdim etmək qərarına gəlib. Hesab olunur ki, 2020-ci ildə alınan 750.000 ton kömürün 40 faizi ev təsərrüfatlarına paylamaq üçün yararsız olub və nəticədə 200 milyon zloti lazımsız xərclər yaranıb.

Mateuş Moravetski 2017-ci ildən 2023-cü ilə qədər Polşanın baş naziri vəzifəsində çalışıb. O, hazırkı Donald Tusk hökumətinə qarşı əsas müxalifət qüvvəsi və eyni zamanda Prezident Karol Navrotskinin dayağı olan milli-mühafizəkar Hüquq və Ədalət partiyasını təmsil edib.

Избранный
2
1
bakivaxti.az

2Источники