RU

Amsterdamın mərkəzində “Xocalıya ədalət!” çağırışı (FOTO)

Bakı. Trend:

Niderland Krallığında Xocalı soyqırımı qurbanlarının xatirəsinəhəsr olunan “Xocalıya ədalət!” aksiyası keçirilib. Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən aksiyaAmsterdam şəhərinin mərkəzində yerləşən Dam meydanında baştutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, aksiya Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi, Benilüks ölkələri üzrəAzərbaycanlıların Koordinasiya Şurasının Niderland koordinatorluğuvə Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgətəşkilatçılığı ilə reallaşıb.

Tədbirin əsas məqsədi 26 fevral 1992-ci ildə ermənilərinXocalıda mülki əhaliyə qarşı törətdiyi dəhşətli soyqırımı dünyaictimaiyyətinin diqqətinə çatdırmaq, bəşəriyyətə müharibələringünahsız insanlara yaşatdığı faciələri xatırlatmaq olub.

Məlumata görə, aksiyada Niderlandda yaşayan gənc soydaşımızCavidan Məmmədov Xocalı soyqırımı haqqında müfəssəl məlumat verib.Soydaşlarımızı Azərbaycan həqiqətlərinin dünyada təbliğiistiqamətində fəaliyyətlərini davam etdirməyə çağırıb.

İştirakçılar “Xocalıya ədalət!”, “Soyqırımına yox!”, “İnsanlıqsoyqırımına qarşıdır”, “Sülh naminə” kimi şüarlarsəsləndiriblər.

Tədbirdə yerli ictimaiyyət nümayəndələrinə, eləcə də şəhərinqonaqlarına məlumatlandırıcı materiallar paylanıb. Həmçinin“Xocalıya ədalət!” və müharibələr zamanı günahsız insanların həlakolmamasına dair çağırışları əks etdirən plakatlar sərgilənib. Eynizamanda Emin Sadıqlı skripkada, Cavid Səlimov tarda Xocalısoyqırımına həsr olunan həzin musiqi parçaları səsləndiriblər.

Məlumat üçün bildirək ki, xaricdəki Azərbaycan icmaları Xocalısoyqırımının dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin təbliğiistiqamətində mütəmadi olaraq genişmiqyaslı tədbirlər təşkiledir.

Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Amsterdamın
Избранный
22
6
az.trend.az

7Источники