RU

ABŞ nin Azərbaycandakı səfirliyinin sabiq əməkdaşına hökm oxundu

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin dələduzluqda ittiham edilən sabiq əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Oxu.Az-ın məlumatuna görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxsə hökm oxunaraq ona üç il sınaq müddəti olmaqla şərti cəza verilib.

Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün sənədlərdə şişirdilmiş məbləğlər göstərərək bu və digər yollarla ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

R.Göyüşov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Cinayət işi üzrə ABŞ səfirliyi zərərçəkmiş qismində tanınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
4
oxu.az

5Источники