RU

ABŞ-də çovğun səbəbindən 5 mindən çox uçuş ləğv edilib VİDEO

Vaşinqton, 23 fevral, AZƏRTAC

ABŞ-nin şərq ştatları yenidən güclü qar çovğununa məruz qalıb.

AZƏRTAC-ın məlumatına görə, ölkədə Delaverdən Massaçusetsə qədər uzanan bir neçə ştatda fövqəladə vəziyyət elan edilib. Bazar ertəsi günü 5 mindən çox daxili və beynəlxalq uçuş ləğv edilib. Bundan ən çox ölkənin şimal şərqində yerləşən Nyu-York, Nyu-Cersi, Boston və Filadelfiya hava limanları zərər çəkib.

Çovğun xəbərdarlığı bu gün axşama qədər Nyu-Cersi, Nyu-York və Konnektikut ştatlarında qüvvədə qalır. Güclü fırtına Nyu-York şəhəri üçün son doqquz ilin ilk çovğun xəbərdarlığıdır. Şəhərdə ictimai nəqliyyat dayandırılıb. Qarın hündürlüyü bəzi yerlərdə 40 sanitmetrə qədər təşkil edib. Fırtına bu gün səhər saatlarında şərqdə 300 mindən çox insanın elektrik enerjisisiz qalmasına səbəb olub. Paytaxt Vaşinqon ətrafı ərazilər də qara məruz qalıb. Məktəblərdə tədris dayandırlıb. Ronald Reyqan və Baltimor hava limanlarında 300-dən çox uçuşlar ləğv edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
2
5
azertag.az

6Источники