RU

Biz bu variantları araşdırırıq - Litva ordusunun komandanı

Litva Ukrayna Silahlı Qüvvələrindən  uzaqmənzilli dronlar almaq istəyir.

Qaziler.az bildirir ki, bu barədə Litva Ordusunun komandanı general Raymundas Vaykşnoras fevralın 23-də bildirib.

"Onlar (ukraynalılar – red.) artıq bir neçə uzaqmənzilli sistem – "Palyanitsa", "Lyuty" və "FP-5 Flamingo" hazırlayıblar. Biz bu variantları araşdırırıq", - deyə o, "Die Welt" qəzetinə verdiyi müsahibədə bildirib.

Vaykşnorasın sözlərinə görə, Litvanın özünün nəzarət etdiyi öz imkanlarına sahib olmaq prioritetdir - ola bilsin ki, Ukrayna ilə birlikdə və ya onların texnologiyalarını tətbiq etməklə.

Litva Ordusunun Komandanı həmçinin qeyd edib ki, ölkə kiçik bir dövlət olaraq müttəfiqlərinin dəstəyinə ehtiyac duymağa davam edəcək.

QAZİLER.AZ

Избранный
1
1
qaziler.az

2Источники