RU

Sabah Novruzun ilk çərşənbəsidir - Nələri səhv bilirik?

Bakı. Trend:

Sabah Novruz bayramının ilk çərşənbəsi - Suçərşənbəsidir.

Bu çərşənbəni bəzən "Yalançı çərşənbə", "Əzəl çərşənbə", "SularNovruzu" da adlandırırlar.

Çərşənbə adətləri nələrdir, adlandırılması nə ilə bağlıdır,çərşənbələr haqqında nələri bilməliyik?

Folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı Trend-ə açıqlamasındabildirib ki, kiçik çillə fevralın 20-də başa çatıb, ayın 21-dən isəBoz ay başlayıb:

"Boz aydakı ilk çərşənbə axşamı Su çərşənbəsi kimi qeyd olunur.Yaxın keçmişdə bəzi bölgələrdə bu günə “Yalançı çərşənbə” dədeyilib.

Çərşənbələr və dörd ünsür məsələsi

Çərşənbələrin adlandırılması dörd ünsürlə – hava, od, su vətorpaqla əlaqələndirilir. Buna görə də bəzən bu ənənə səhvənzərdüşlüklə bağlanır. Səbəb kimi zərdüştilikdə oda xüsusimünasibətin olması göstərilir. Lakin bu yanaşma doğru deyil.Zərdüştilikdə od müqəddəs sayılır və sitayiş obyektidir. Novruzdaisə tonqal qalamaq və onun üzərindən tullanmaq “ağırlığım tonqaldayansın” deyimi ilə müşayiət olunur. Heç bir dində insan sitayişetdiyi Tanrının üzərindən hoppanmaz. Deməli, Novruz tonqalıilahiləşdirilmiş od deyil, təmizlənmə və yenilənmə rəmzidir".

Çərşənbələrin adları: ənənəvi yanaşma

Folklorşünas bildirib ki, yaxın keçmişə qədər çərşənbələrünsürlərlə deyil, başqa adlarla tanınıb:

"Xalq arasında çərşənbələr “Yalançı”, “Xəbərçi”, “Ölüçərşənbəsi” və “İlaxır” kimi adlar işlədilirdi. Novruz bayramı isə“İlbaşı” kimi xatırlanırdı. Çərşənbələrin dörd ünsürləadlandırılması sonrakı dövrlərdə formalaşıb və bunu farslarlamüəyyən mədəni yaxınlaşmalarla izah etmək olar. Lakin Novruzu qeydetmək atəşpərəstliyin davamı demək deyil. Orta Asiya xalqları vəbütövlükdə türk dünyası bu bayramı qeyd edirsə, bu, onun qədim türkmədəniyyətinə bağlılığını göstərir".

Su çərşənbəsi və qədim inanc sistemi

"İlk çərşənbə Su çərşənbəsidir. Qədim türklərin təktanrılıqinancı olan Tenqriçilikdə “Yer-Su” anlayışı mövcuddur. Qədimtəsəvvürlərə görə, yer və su ruhları – yəni əyələr – təbiətinqoruyucu sahibləridir. “Əyə” burada sahib, qoruyucu mənasını verir.Folklorumuzda suya böyük hörmət göstərilib. Məsələn, su içən adamatoxunmazlar, əlində su ilə qarşılaşmaq aydınlıq və xeyir sayılar,su içən insanı danışdırmazlar. “Çay nənəsi”, “Vurğun əyəsi” kimiobrazlar suyun ruhunu və müqəddəsliyini ifadə edir. Bu inanclarqədim türklük düşüncəsinə dayanır və xalq yaddaşında qorunubsaxlanılıb. Bəzi tədqiqatçılar dörd ünsür anlayışını zərdüştilikləəlaqələndirsələr də, su ilə bağlı inancların kökü daha qədim –Tenqriçilik dünyagörüşünə gedib çıxır".

Su çərşənbəsinin adətləri

Aynur Qəzənfərqızı qeyd edib ki, su çərşənbəsində dan yerisökülən vaxt evləri təmizləmək, həyət-bacaya su səpmək adətdir:

"Bu, təmizlənmə və yenilənmə rəmzi sayılır. Uşaqlıqxatirələrimdə çayın buzunu sındırıb su gətirmək və həyətə çiləməkxüsusi yer tutur. Su hər şeyi saflaşdıran ünsür kimi qəbul edilir.Bu gün həmin adəti simvolik şəkildə davam etdirmək üçün buzluqda sudondurub, buzunu qıraraq evə çiləmək olar. Müasir araşdırmalarda dasuyun strukturunun ona yönələn təsirə görə dəyişə bildiyi qeydolunur. Xalqımız isə bunu elmi terminlərlə deyil, inanclar vəadətlər vasitəsilə əsrlər boyu yaşadıb. Ona görə də ilk çərşənbədəevə su çiləmək sadəcə bir adət deyil, həm də təmiz niyyət, safdüşüncə və yeni başlanğıca inamın rəmzidir".

Избранный
22
3
az.trend.az

4Источники