RU

​“Beşiktaş”da itki: “Qalatasaray” matçında oynamayacaq

“Beşiktaş"ın zədəli futbolçusu Emirhan Topçunun durumu bəlli olub. 25 yaşlı müdafiəçi bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Metbuat.az xəbər verir ki, bur barədə “Beşiktaş” klubunun rəsmi səhifəsində açıqlama yayılıb. Klubdan “Göztepe" ilə qarşılaşmada zədələnən oyunçunun ayağında yırtıq təspit edildiyi və durumunun ciddi olduğu bildirilib.

Emirhan Topçunun Super Liqanın 25-ci həftəsində “Qalatasaray”la oynanılacaq vacib matçda forma geyinə bilməyəcəyi dəqiqləşib. Bu xəbər “Beşiktaş” azərkeşləri arasında məyusluq yaradıb.

Избранный
18
metbuat.az

1Источники