RU

Sürət həddini aşan fransız futbolçu sürücülük hüququndan məhrum edildi

Sürət həddini aşan fransız futbolçu sürücülük hüququndan məhrum edildi

"Mançester Yunayted"in formasını geyinən Leni Yoro şəhər daxilində sürət həddini aşdığı üçün vəsiqəsi ilə vidalaşmalı olub.

AFN.az BBC-yə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın 20 yaşlı stoperi 6 ay müddətinə sükan arxasına keçməkdən məhrum edilib.

Hadisənin təfərrüatına görə, fransalı futbolçu şəhər daxilində, xüsusən də məktəbin yerləşdiyi ərazidə 115 km/saat sürətlə hərəkət edərkən saxlanılıb. Qeyd olunan ərazidə icazə verilən maksimal sürət həddi 50 km/saat olub ki, bu da Yoronun normanı təxminən iki dəfə yarım aşması deməkdir.

Məhkəmənin qərarı ilə gənc müdafiəçiyə 762 avro pul cəzası kəsilib, həmçinin ondan 442 avro məbləğində əlavə xərclər tutulub.

Qeyd edək ki, gənc stoper bu mövsüm komandasının heyətində 24 matçda meydana çıxıb.

Избранный
35
afn.az

1Источники