RU

Vaşinqton Beyrutdan səfirlik işçilərini geri çağırır


ABŞ səfirlik işçilərinin bir hissəsini Livanın paytaxtı Beyrutdan geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin əmrinə istinadən məlumat yayıb.
Bu əmr ABŞ missiyasının fəaliyyətini davam etdirmək üçün vacib olan işçilərin ailələri ilə birlikdə ölkədən çıxmasına aiddir. Agentlik Dövlət Departamentinin əmrini İranla potensial hərbi münaqişə ilə bağlı artan narahatlıqlarla əlaqələndirir.
Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi anonimlik şərti ilə agentliyə bildirib ki, onlar təhlükəsizlik vəziyyətini daim qiymətləndirir və son təhlillərə əsasən, iştiraklarının vacib işçilərlə məhdudlaşdırmağın məqsədəuyğun olduğuna qərar veriblər.
Избранный
23
1
yeniavaz.com

2Источники