RU

Xameneinin illər əvvəl dediyi bu sözləri gündəm oldu

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın ali dini lideri Əli Xameneinin İran prezidenti olduğu dövrdə verdiyi məşhur müsahibədən kadrlar yayılıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə 1982-ci ildə Avstraliyanın “60 Minutes” proqramına verdiyi müsahibədə danışıb.

Xamenei jurnalistin “Sizin ABŞ, SSRİ, İsrail və bəzi ərəb ölkələri ilə münasibətiniz gərgindir. Bəs dostunuz kimdir?” sualına ali lider belə cavab verib:

“Sizin adlarını çəkdiyiniz ölkələrdən başqa, dünyadakı bütün ölkələr bizim dostumuz ola bilər”.

Jurnalistin “İranın əsas düşməni kimdir?” sualına isə o, qısa şəkildə “Amerika!” cavabını verib.

Müsahibənin həmin hissəsi hazırda sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
globalinfo.az

1Источники