Türkiyə Superliqasında "Fənərbaxça" "Kasımpaşa"nı qəbul edib. Metbuat.az xəbər verir ki, Marko Asensio 90+5-ci dəqiqədə hesabı açıb. Lakin 10 nəfərlə mübarizə aparan "Kasımpaşa" 90+11-ci dəqiqədə Cim Allevina ilə fərqlənib. Oyun 1-1 hesabı ilə yekunlaşıb. Bununla da, "Fənərbaxça" "Qalatasaray"a çatmaq şansını əldən verib.Qeyd edək ki, "Qalatasaray" səfərdə "Konyaspor"a 0:2 hesabı ilə məğlub olmuşdu. 1-ci pillədə olan "Qalatasaray"ın 55, ikinci yerdə qərarlaşan "Fənərbaxça" isə 53 xal toplayıb.