RU

Lazım olarsa, 1812 və 1945 ci illərdəki kimi... Medvedev

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Şengen zonası ilə bağlı açıqlamasına sərt cavab verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Medvedev bildirib ki, Xüsusi Hərbi Əməliyyat iştirakçıları Şengen zonasının bağlanmasından qorxmayacaq və tarixdə olduğu kimi, zərurət yaranarsa, 1812 və 1945-ci illərdəki kimi vizasız daxil ola bilərlər.

O, rusiyalı hərbçilərin Avropaya girişinin məhdudlaşdırılması ilə bağlı planları tənqid edib və bunu siyasi təzyiq vasitəsi kimi qiymətləndirib.

Qeyd edək ki, Kaya Kallas daha əvvəl Avropa İttifaqının Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən rusiyalı şəxslərin blok ərazisinə girişinin məhdudlaşdırılmasını müzakirə etdiyini bildirmişdi. Məsələ Avropa-Rusiya münasibətlərində gərginliyi daha da artıran addımlardan biri kimi qiymətləndirilir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
globalinfo.az

1Источники