RU

Futbolçu top dəyən qağayını həyata qaytardı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə futbolçulardan biri oyun zamanı top dəyən qağayıya ürək masajı edib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bazar günü İstanbulda həvəskarlar liqasının "Mevlanakapı Güzelhisar" - "İstanbul Yurdum Spor" matçının zamanı baş verib.

Oyunun 22-ci dəqiqəsində qonaqların qapıçısı Muhammet Uyanık topu uzaqlaşdırarkən "mərmi" qağayıya dəyib. Quş zərbədən meydana düşüb.

Bu zaman Muhammetin komanda yoldaşı, kapitan Gani Çatan quşa 2 dəqiqə  ürək masajı edib. Daha sonra özünə gələn qağayını həkim personalına təhvil verib. Veterinar klinikalardan birinə göndərilən quşun qanadlarının sındığı məlum olub. Hazırda orada müalicə olunur.

Yeri gəlmişkən, oyun meydan sahiblərinin qələbəsi ilə başa çatsa da, qonaqlar bundan üzülməyiblər. Çünki daha vacib iş gördüklərini düşünürlər.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
525.az

1Источники