RU

Əhaliyə yardım aparan helikopter qəzaya uğradı: ən azı 15 ölü

Peruda Mi-17 hərbi helikopteri qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, radarlardan itən helikopterin qalıqları Çala-Vyexo yaşayış məntəqəsi ərazisində tapılıb. Qəza nəticəsində ən azı 15 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, helikopter daşqınlarda zərər çəkmiş əhaliyə yardım aparırdı.

Избранный
14
1
bakivaxti.az

2Источники