RU

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri saxlanıldı

Bakı. Trend:

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri, Lord Piter Mandelsonvəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərəksaxlanılıb.

Trend xəbər verir ki, o,Londonun şimalındakı Kemdən rayonundakı ünvanında saxlanılaraqdindirilmək üçün polis bölməsinə aparılıb. Polis bu ayın əvvəlindəP. Mandelsonun hökumətdə nazir vəzifəsində çalışdığı dövrdə dövlətməlumatlarını məhkum olunmuş maliyyəçi Ceffri Epşteynə ötürdüyüiddiaları ilə bağlı araşdırmaya başlayıb.

Hazırda polislə Krallıq Prokurorluq Xidməti arasındaməsləhətləşmələr davam edir.

Qeyd edək ki, Piter Mandelson 10 fevral 2025-ci ildən 11sentyabrdək Böyük Britaniyanın ABŞ-dəkı səfiri vəzifəsində çalışıb.İddialar ötən ay ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər, ocümlədən Mandelson ilə Epşteyn arasında elektron yazışmalarındərcindən sonra gündəmə gəlib. 2009-cu ilə aid elektronməktublardan birində onun həmin dövrdə baş nazir Qordon Braunhökumətinə dair bəzi siyasət tədbirləri, o cümlədən “aktivlərinsatışı planı” barədə qiymətləndirməni Epşteynə ötürdüyü ehtimalolunur.

Избранный
26
9
az.trend.az

10Источники