RU

Zelenski: İki il bunkerdə yaşamışam

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 24-də Rusiya ilə müharibə başladıqdan sonra iki il bunkerdə yaşayıb.

 

Bu barədə “Agence France-Presse”ə müsahibəsində V.Zelenski özü məlumat verib.

 

“İki il bunkerdə yaşamışam. İki il orada yaşayıb burada işləmişəm. Gecələr bunkerə enirdim”, - o deyib.

 

Zelenski əlavə edib ki, yaxın günlərdə həmin bunkeri jurnalistlərə göstərməyi və orada mətbuatla görüş təşkil etməyi planlaşdırır.

Избранный
2
1
senzor.az

2Источники