BAKI, 24 fevral. TELEQRAF
Ukraynada möhkəm, ədalətli və dayanıqlı sülh yalnız münaqişənin ilkin səbəbləri aradan qaldırıldıqdan sonra mümkün ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xüsusi hərbi əməliyyatın başlanmasının dördüncü ildönümü ilə bağlı yaydığı şərhdə bildirib.
Zaxarovanın sözlərinə görə, məhz bu məqsədə Rusiyanın diplomatik səyləri yönəlib. O qeyd edib ki, hazırkı diplomatik fəaliyyət həm Qlobal Cənub və Ümumdünya əksəriyyəti adlandırılan ölkələrlə təmaslarda, həm də Rusiya-ABŞ dialoqu çərçivəsində davam etdirilir.
Diplomat vurğulayıb ki, dayanıqlı və ədalətli sülhün bərqərar olması üçün münaqişəni doğuran əsas səbəblərin aradan qaldırılması əsas şərtdir və Rusiya diplomatiyasının indiki fəaliyyəti də məhz bu vəzifənin həllinə yönəlib.