Tikinti materiallarının istehsalı sahəsində 2026-сı ilin yanvar ayında istehsalın ümumi dəyəri 117,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 39,3 faiz artmışdır. Ay ərzində asfalt istehsalı 2,1 dəfə, əhəng istehsalı 40 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 28,9 faiz, sement klinkerlərinin istehsalı 13,7 faiz, sement istehsalı 0,3 faiz artmışdır.
Marja.az xəbər verir ki, bu barədə 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində bildirilir.
2026-cı ilin yanvar ayında Azərbaycanda 329,9 min ton sement istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq ayına nisbətən 0,3 faiz çoxdur.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2026-сı ilin yanvar ayında 104,7 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 3,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 28,5 faiz azalma müşahidə olunmuşdur. 2026-сı ilin yanvar ayında metallurgiya sənayesi üzrə armatur istehsalı 14,9 faiz, polad tökmə istehsalı 34,0 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 60,6 faiz azalmışdır.

