RU

Narkobaronun gizləndiyi yer sevgilisi izlənərək üzə çıxıb

Meksikanın müdafiə naziri Rikardo Trevilla Trexo ölkədə keçirilən xüsusi əməliyyatın təfərrüatlarını açıqlayıb.

“Yeni Sabah”ın xəbərinə görə, nazir bildirib ki, Jalisco Yeni Nəsil Kartelinin (CJNG) lideri, “El Menço” ləqəbli Nemesio Oseqera onun sevgilisinin izlənməsi nəticəsində gizləndiyi məkanda aşkarlanıb və zərərsizləşdirilib.

Onun sözlərinə görə, ABŞ qurumları və kəşfiyyat strukturlarının təqdim etdiyi məlumatlar sayəsində El Mençonun informasiya şəbəkəsi çökdürülüb və əməliyyat uğurla davam etdirilib.

Nazirin sözlərinə əsasən, El Mençonun sevgilisinin kimliyi əvvəlcə başqa bir şəxs vasitəsilə müəyyən edilib. Daha sonra qadın Xalisko ştatının Tapalpa bölgəsində yerləşən bir mülkədək izlənilib.

Fevralın 21-də qadının həmin mülkü tərk etdiyi, El Mençonun isə orada qaldığı barədə məlumat əldə olunub. Bundan sonra əməliyyata start verilib.

Baskın zamanı El Menço ilə yanaşı daha 8 kartel üzvü də zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında şiddətli atışma baş verib. Əməliyyat zamanı çoxlu sayda sursat və raket qurğularının da ələ keçirildiyi bildirilib.


Telegram kanalımız
Избранный
18
yenisabah.az

1Источники