RU

"Qarabağ" İngiltərədə "Nyukasl Yunayted"in qonağı olur

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" bu gecə növbəti oyununa çıxacaq.

Hit.az xəbər verir ki, təmsilçimiz İngiltərənin "Nyukasl Yunayted" klubu ilə üz-üzə gələcək.

"Sent Ceyms Park" stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR hakimi Daniele Kiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda "Nyukas Yunayted" klubuna 1:6 hesabı ilə məğlub olub.

Избранный
22
2
hit.az

3Источники