RU

Gəncə Avtomobil zavodu yeni sosial layihəyə start verib

Uşaq evinin 16 yaşlı 3 yetirməsi qanunvericiliyin tələblərinə uyğun işlə təmin olunub

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi sosial layihələrin icrasını davam etdirir. Müəssisə bu dəfə "4 saylı uşaq evi sosial xidmət müəssisəsi" publik hüquq şəxsin yetkinlik yaşına çatmış sakinlərinin işlə təmin olunmasına dəstək məqsədilə yeni layihəyə start vermişdir. 

Bu məqsədlə Gəncədə yerləşən "4 saylı uşaq evi sosial xidmət müəssisəsi" publik hüquqi şəxs ilə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi arasında niyyət sazişi imzalanmışdır. Sazişə əsasən, hər iki qurum arasında yetkinlik yaşına çatmış yeniyetmələrin işlə təmin olunması barədə razılaşma əldə edilmişdir. Bu məqsədlə  uşaq evinin 16 yaşı tamam olmuş 3 yetirməsi ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq 0,5 ştat vahidi üzrə 4 saatlıq iş rejimində əməkhaqqı ödənilməklə rəsmi əmək müqavilələri bağlanmışdır. İşə qəbul edilən yeniyetmələr zavodun digər əməkdaşları kimi xüsusi geyim, nəqliyyat və nahar yeməyi ilə təmin olunmuşlar.

Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində olmuş və müəssisənin yığım xəttində fəaliyyətə başlayan yeniyetmələr üçün yaradılan iş şəraiti ilə yaxından tanış olmuşdur. Görüşdə zavodun direktoru Amin Əliyev bildirmişdir ki, müəssisədə müxtəlif yığım sahələrində uşaq evi yetirmələri üçün bütün lazımi şərait yaradılmışdır. Məqsəd onların orta məktəb təhsilini başa vurduqdan sonra istədikləri ixtisaslara yiyələnərək gələcəkdə işlə təmin olunmalarıdır. Yeniyetmələrlə görüş zamanı Adil Tağıyev layihənin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, uşaq evi yetirmələrinin işlə təmin olunması onların gələcəkdə cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq.

"4 saylı uşaq evi sosial xidmət müəssisəsi"nin yetirmələri onlara göstərilən etimada və yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Избранный
13
azerbaijan-news.az

1Источники