RU

Paltarlardakı qoltuqaltı ləkələri necə təmizlənir? – MƏSLƏHƏT

Qoltuqaltı nahiyəsində yaranan sarı ləkələr bir çox insanın gündəlik problemlərindən biridir.

 

Pravda.az bildirir ki, bu ləkələr təkcə tərlə bağlı deyil. Tərdəki yağ və zülallar dezodorantların tərkibindəki alüminium və zirkonyum maddələri ilə reaksiyaya girərək parça liflərinə hopur və zaman keçdikcə daha qalıcı hala gəlir.

 

Qeyd olunur ki, ləkə nə qədər uzun müddət paltarda qalsa, onu təmizləmək bir o qədər çətinləşir. Buna görə də erkən müdaxilə vacib sayılır.

 

Ləkəni necə çıxarmaq olar?

 

Mütəxəssislər ilk olaraq paltarı ilıq suda yaxalamağı tövsiyə edirlər. Daha sonra ləkəli hissəyə maye yuyucu vasitə və ağ sirkə qarışığı çəkilərək təxminən 20 dəqiqə saxlanılmalı və yumşaq şəkildə ovulmalıdır.

 

Əgər ləkə tam təmizlənməzsə, paltarı su və bir qədər yumşaldıcı qatılmış məhlulda 20 dəqiqə gözlətmək, ardınca isə normal qaydada yumaq məsləhət görülür.

 

Ləkələrin qarşısını necə almaq olar?

 

Mütəxəssislər alüminium və zirkonyum tərkibli dezodorantlardan uzaq durmağı, paltarları mütəmadi və keyfiyyətli yuyucu vasitələrlə yumağı, həmçinin ləkə yaranan kimi müdaxilə etməyi tövsiyə edirlər.

 

Əminə Bayramova

Tarix: 24 Fevral 2026, 09:13   
Избранный
9
pravda.az

1Источники