RU

“Spero Hospital”ın xəzinədarına cəza verildi KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Nəsimi Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əntiqə Mumcinin (Abduləzizova) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırıması (elektron qolbaq) və 2000 manat cərimə cəzasına məhkum edilib. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “Spero Hospital” MMC-nun direktoru tərəfindən verilən mülki iddia təmin olunub, mülki cavabdeh – təqsirləndirilən şəxsdən vurulmuş maddi ziyana görə 30 288,45 manat və ödənilmiş 180,87 manat dövlət rüsumu, cəmi 30 469.32 manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs şirkətə ödənilməsi qərara alınıb.

İttihama əsasən, Əntiqə Mumci (Abduləzizova) tamah niyyəti ilə vəzifəli şəxs kimi informasiya resurslarına bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı edib və ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyib.

Belə ki, o, 2021-ci il tarixli əmr, əmək müqaviləsi və elektron bildiriş əsasında “Spero Hospital”da xəzinədar vəzifəsində çalışıb. Əntiqə Mumci vəzifəli şəxs qismində pul vəsaitlərinin və qiymətli kağızların qorunması, qəbulu, hesabı, verilməsi və mühafizəsi, əmək haqlarının və digər ödənişlərin verilməsi, banklardan pul vəsaitlərinin alınması, mədaxil-məxaric sənədləri əsasında kassa kitabçasının aparılması, faktiki vəsait qalığının sənədlərlə tutuşdurulması və kassa hesabatlarının tərtibi kimi funksiyaları icra edib.

İstintaq materiallarına görə, o, tibbi xidmətlərdən istifadə edən şəxslərdən göstərilən xidmətlərə görə ödənilməli olan vəsaitləri nağd qaydada və ya plastik kartla post-terminal vasitəsilə qəbul edərək kassaya mədaxil etməli və həmin ödənişləri klinikanın mərkəzi kompüter sistemi olan “AkGün” proqram təminatında müvafiq qaydada qeydiyyata almalı olub. Lakin post-terminal aparatı ilə “AkGün” proqramı arasında inteqrasiyanın olmaması və iş günü sonunda proqramda qeyd edilən post-terminal ödənişləri ilə hospitalın bank hesabına faktiki köçürülən məbləğlərin mühasibatlıq tərəfindən yoxlanılmamasından istifadə edən təqsirləndirilən şəxs 2023-2024-cü il tarixədək olan müddətdə hospitalın birinci mərtəbəsində yerləşən 5 nömrəli kassada müxtəlif vaxtlarda vətəndaşlardan tibbi xidmətlərə görə nağd şəkildə qəbul etdiyi pul vəsaitlərini kassaya mədaxil etməyib.

Onun həmin ödənişləri klinikanın rəsmi informasiya resursu olan “AkGün” proqram təminatında guya plastik kartla post-terminal vasitəsilə həyata keçirilmiş ödəniş kimi rəsmiləşdirməklə bilə-bilə yalan məlumat daxil etdiyi, bununla da vəzifə saxtakarlığı etdiyi bildirilir. Nəticədə, qeyd olunan dövr ərzində vahid niyyətlə ümumilikdə 30 288,45 manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə mənimsədiyi iddia olunur.

Məhkəmə baxışı zamanı Əntiqə Mumci (Abduləzizova) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, 2019-cu ildən etibarən “Spero” Hospitalda işləyib və vəzifəsini icra edərkən qanunsuz hərəkətlərə yol verməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
3
konkret.az

4Источники