Bu gecə naməlum şəxs Moskvada Savyolovski vağzalının yaxınlığında Dövlət Yol Polisi (DPS) əməkdaşlarına məxsus xidməti avtomobili partladıb. O, əvvəlcə yol polisi əməkdaşlarına yaxınlaşıb, daha sonra isə naməlum partlayıcı qurğunun detonasiyası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 34 yaşlı polis baş leytenantı Denis Bratuşenko həlak olub.
Bundan əlavə, daha iki yol polisi əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Eyni zamanda, müşahidə kameralarının qeydlərinə əsasən, cinayəti törədən şəxs hadisə yerində ölüb.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi insidentlə bağlı cinayət işi açıb.

Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта