RU

"Spotify" süni intellektlə işləyən yenifunksiyasını işə salıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Spotify" süni intellektlə işləyən funksiyasını yeni bazarlarda istifadəyə verməyə başlayıb.

Banco.az xəbər verir ki, şirkət bildirib ki, alət artıq Böyük Britaniya, İrlandiya, Avstraliya və İsveçdə Premium istifadəçilər üçün əlçatan olacaq.

Yeni funksiya istifadəçilərə mahnı və ya ifaçı axtarmaq əvəzinə dinləmək istədikləri əhval-ruhiyyəni, vəziyyəti və ya ilhamı yazmaq imkanı verir. Sorğu daxil edildikdən sonra platformanın süni intellekt sistemi həmin təsvirə uyğun fərdi pleylist hazırlayır.

"Spotify" bu funksiyanı ilk dəfə Yeni Zelandiyada sınaqdan keçirib.  Daha sonra xidmət ABŞ və Kanadada da istifadəyə verilib.

Şirkətin məlumatına görə, sistem istifadəçinin dinləmə tarixçəsini analiz edir, mövcud musiqi kataloqunu və mədəni trendləri nəzərə alaraq uyğun mahnıları seçir. Hazırlanan pleylistdə yer alan hər bir mahnı üçün isə onun niyə əlavə edildiyini izah edən qısa açıqlama təqdim olunur.

"Spotify" hesab edir ki, bu yenilik istifadəçilərə musiqi kəşf etmə prosesini daha fərdi və rahat şəkildə həyata keçirməyə imkan verəcək.

Избранный
18
1
banco.az

2Источники