
İerusalimdə yaşayan Yosef Freyzer özünü “ikili həyatın ustası” kimi göstərib. O, yeddi il boyunca özünü bekar kimi təqdim edərək 12 qadınla romantik və intim münasibətlər qurub — eyni zamanda öz ailəsi var idi.
Məhkəmə qərarına görə, Freyzerin hiyləgər planı təsadüfi səhvlər yox, uzunmüddətli bir “romantik fırıldaq” olub. O, 20-dən 36 aya qədər həbs cəzasına məhkum edilib.
Həbs müddətindən əlavə, aldatdığı qadınlara kompensasiya ödəməli olacaq. Qadınlar məhkəmədə onun paralel həyatından necə əziyyət çəkdiklərini danışıb.
Polis onu 2023-cü ilin avqustunda həbs edib. Araşdırmalar göstərib ki, o, tanışlıq tətbiqlərində özünü “Jack Segal” kimi təqdim edirmiş. İdeal bekar imici: romantik qəhrəman təsiri yaradır, amma kiçik bir sirr var — arxasında ailəsi.
Freyzer 12 maddə üzrə fırıldaqçılığı etiraf edib və son sözündə bildirib ki, “bütün həyatım boyu tövbə edəcəyəm” — ən azı həbs müddəti bitənə qədər
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта