RU

GÜNDƏM - AFFA bu şəxsi rəhbər vəzifədən uzaqlaşdırıbmı?

Cahangir Həsənzadə AFFA-nın texniki direktoru vəzifəsindən uzaqlaşdırılmayıb.

Bu barədə federasiyadan saytımıza bildirilib.

Qurumdan redaksiyamıza verilən məlumata görə, onun postundan kənarlaşdırılması yönündə son günlər yayılan xəbərlər həqiqəti əks etdirmir. O, həmişəki kimi hər gün işə gəlir və gedir.

«Caqa» ləqəbli funksioner 2020-ci ildən AFFA-da texniki direktordur. Onun böyük səlahiyyətləri var. Uşaq ftubolundan tutmuş aşağı yaş qrupları üzrə yığmalara kimi bir çox sahəni kurasiya edir.

Həsənzadənin vəzifədən göndəriləcəyi haqda informasiyalar 1 ildən artıqdır dövriyədədir. Buna səbəb fəaliyyəti ilə bağlı çoxlu narazılığın olmasıdır.

O, Elxan Məmmədovun ən yaxın kadrlarından biridir. E.Məmmədov AFFA-nın baş katibi işlədiyi müddətdə C.Həsənzadəni vəzifəyə gətirib.

SPORTİNFO.AZ

Избранный
14
sportinfo.az

1Источники