RU

"Barselona" bu halda Keyni transfer edə bilər

“Barselona”da Xavier Vilajoana prezident seçkilərində qalib gələcəyi təqdirdə Harri Keynlə transferini reallaşdıra bilər. Metbuat.az xəbər verir ki, bu barədə o özü açıqlama verib. Xavier Vilajoana ESPN-ə müsahibəsində klubda güclü hücumçuya ehtiyac olduğunu irəli sürüb. O, “Bizə lazım olan hücumçudur. Bir də müdafiəçi. Sahib olduğumuz oyunçuların yaxşı olmadığını demirəm, amma gənclər və təcrübəsizlik arasında tarazlıq yarada bilən mərkəz müdafiəçisi lazımdır”, - deyə bildirib.

Qeyd edək ki, Harri Keynin müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndinin olduğu irəli sürülüb. Onun “Bavariya” ilə müqaviləsi 2027-ci ildə yekunlaşır.

Избранный
2
metbuat.az

1Источники