RU

Zelenski Putinin tələbi barədə: O qədər axmaq ola bilmərik

BAKI, 24 fevral. TELEQRAF

“Ukraynalılar münaqişədən yorulublar, amma Vladimir Putinin tələbləri qarşısında güzəştə getmək mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Putinə istədiyi hər şeyi sadəcə verə bilmərik. Çünki o, bizi işğal etmək istəyir. Əgər biz ona istədiyi hər şeyi versək, hər şeyi itirərik, insanlar ya qaçmalı, ya da rus olmalı olacaqlar”, - o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna müharibəni hazırkı cəbhə xətti boyunca dondurmağa hazırdır, amma Donetsk vilayətinin hələ də öz nəzarətində olan ərazilərindən qoşunlarını çıxarmayacaq:

“Rusiya ordumuzu oradan çıxarmağımızı istəyir. Bağışlayın, bu qədər axmaq ola bilmərik. Biz uşaq deyilik. İllərlə davam edən bu müharibədən keçmişik, buna görə də ölkəni boşqabda onlara təqdim edə bilmərik”.

Ukrayna lideri əlavə edib ki, bu ərazilərdə 200 000 nəfər yaşayır, onların təhlükəsizliyi vacibdir:

“Mən, əsgərlərimiz onlara nə deməliyik? Deməliyik ki, “yaxşı, sağ olun, biz gedirik, bu andan etibarən siz russunuz?”.

Избранный
7
teleqraf.com

1Источники