RU

İstanbulda İŞİD əməliyyatı Çox sayda saxlanılan var

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.Bakupost.az xəbər verir ki, bu gün səhər saatlarında baş tutan əməliyyat zamanı təşkilatın təbliğat fəaliyyətlərini həyata keçirən və sosial media kanalları vasitəsilə terror təbliğatı apardıqları müəyyən edilən 11 şübhəli yaxalanıb.Əldə olunan məlumata görə, İstanbul İl Polis İdarəsinin Terrorla Mübarizə (TEM) Şöbəsi ilə Kəşfiyyat Şöbəsinə bağlı bölmələr terror təşkilatının ölkədaxili fəaliyyət və aksiyalarına qarşı yeni bir əməliyyat işi həyata keçirib.Prokurorluğun göstərişi ilə qlobal terror təşkilatına qarşı aparılan tədbirlər çərçivəsində təşkilat tərəfdarlarına qarşı aparılan texniki və fiziki müşahidədən sonra bu səhər bir çox ünvana eyni vaxtda reydlər təşkil olunub. Xüsusi təyinatlı polis qruplarının iştirakı ilə keçirilən əməliyyatda 11 şübhəli saxlanılaraq nəzarətə götürülüb.Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı onlara məxsus mobil telefonlar, kompüterlər, xarici yaddaş qurğuları və USB daşıyıcılar daxil olmaqla bütün texnoloji avadanlıqlar müsadirə olunub. Saxlanılan İŞİD şübhəliləri dindirilmək üçün TEM Şöbəsinə aparılıb.İstintaq çərçivəsində saxlanılan şəxslərlə bağlı təhqiqat davam edir.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
www.bakupost.az

1Источники