RU

Niyə kişi paltarlarını ütüləməliyəm? Bengü boşanmasından danışdı

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türk pop musiqisinin ulduzu Bengü konsert verib, sevənləri ilə görüşüb. 

Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni konsert zamanı keçmiş xatirələrindən, şəxsi həyatından söhbət açıb. 

O, bildirib ki,  altı illik həyat yoldaşı Selim Selimoğlundan boşandıqdan sonra tamamilə fərqli həyata tutunub:

"Hazırda orkestrdə tək subay mənəm və inanılmaz dərəcədə rahatam. İstəsəm badımcan yeyirəm, istəməsəm yemirəm. Niyə durub kişi paltarını ütüləməliyəm və ya badımcanın üstünə qiymə ilə yemək bişirməliyəm? İndi bunların heç birini etmək məcburiyyətində deyiləm, çox rahatam".

Xatırladaq ki, Bengü 2018-ci ildə iş adamı Selim Selimoğlu ilə evlənib. Onların Zeynep və Selim adlı iki övladı var. Lakin cütlük 2024-cü ildə rəsmi olaraq boşanıblar. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
3
adalet.az

4Источники