RU

Rusiyada Durova cinayət işi açıldı Terrorizmə yardım edib?

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Telegram-ın təsisçisi Pavel Durovun fəaliyyəti terrorçuluq fəaliyyətinə yardım ittihamı üzrə açılmış cinayət işi çərçivəsində araşdırılır.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya FSB-sinin materiallarına əsaslanan “Rossiyskaya qazeta” nəşrində məlumat verilib.Materialda qeyd olunur: “Telegram-ın rəhbəri P. Durovun hərəkətləri Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsində (terrorizm fəaliyyətinə yardım) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi çərçivəsində araşdırılır.”Nəşrin məlumatına görə, 2022-ci ildən etibarən Telegram-dan istifadə edilməklə törədilən cinayətlərin sayı 153 mini ötüb. Onlardan təxminən 33 mini diversiya-terror və ekstremist fəaliyyətlə, o cümlədən partlayışların, yanğınların və hücumların təşkili ilə bağlı olub. Bildirilir ki, bu müddət ərzində FSB messencer vasitəsilə hazırlanan 475 terror aktının qarşısını alıb.Məqalədə həmçinin qeyd olunur ki, “Krokus Siti Holl”da törədilmiş terror aktının icraçıları fəaliyyətlərini Telegram vasitəsilə əlaqələndiriblər. Bundan əlavə, iddiaya görə, rusiyalı hərbi müxbirlərə və hərbçilərə qarşı sui-qəsd hazırlayan şəxslər potensial qurbanların yaxınları, hərəkət marşrutları və gündəlik rejimi barədə məlumat toplamaq üçün servisin analitik imkanlarından istifadə ediblər.Eyni zamanda, məqalədə iddia olunur ki, “Roskomnadzor”un qanunsuz məzmunun silinməsi ilə bağlı 150 mindən çox müraciətini Telegram komandası nəzərə almayıb.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
bizim.media

10Источники