RU

"Benfika"nın futbolçusu Vinisius və Mbappeni məhkəməyə verə bilər

BAKI, 24 fevral. TELEQRAF

Portuqaliya təmsilçisi “Benfika”nın futbolçusu Canluka Prestianni İspaniyanın “Real Madrid” klubunun oyunçuları Vinisius Junior və Kilian Mbappeni məhkəməyə verə bilər.

Teleqraf "El Chiringuito TV"yə istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı futbolçunun UEFA bayrağı altında keçirilən oyunlardan müvəqqəti kənarlaşdırılması olub.

Belə ki, Prestianni Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Vinisiusa qarşı mümkün irqçi davranış göstərməsi ilə bağlı iddialar irəli sürülüb. Qoldan sonra Vinisius hakim Fransua Leteksiyəyə Prestianni tərəfindən ünvanlanan irqçi təhqir barədə şikayət edib.

Kilian Mbappe oyundan sonra verdiyi açıqlamada “Benfika” futbolçusunun Vinisiusu bir neçə dəfə irqçi ifadələrlə təhqir etdiyini şəxsən eşitdiyini bildirib. Fevralın 23-də UEFA rəsmi şəkildə argentinalı futbolçunun müvəqqəti olaraq diskvalifikasiya edildiyini açıqlayıb.

Qeyd edək ki, Lissabonda baş tutan qarşılaşma Madrid klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab oyunu fevralın 25-də Madriddə keçiriləcək.

Избранный
4
teleqraf.com

1Источники