RU

O, indi tərləyir Britaniyalı fəallardan maraqlı addım

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Endryunun polis bölməsindən çıxarkən çəkilən fotosu Luvr Muzeyinin divarına yapışdırılıb

Fəallar Britaniya kralının şahzadə titulundan məhrum edilmiş qardaşı Endryu Mauntbatten-Vindzorun dindirildikdən sonra polis bölməsindən çıxarkən çəkilən fotosunu Parisdəki Luvr Muzeyinin divarından asıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

günü Britaniyanın "Hamı Elona Nifrət Edir" siyasi qrupu keçmiş şahzadənin “Range Rover”in arxasında əyilmiş vəziyyətdə olan fotosunu Luvrun divarına yapışdırıb.

Şəkil “Reuters”in fotoqrafı Fil Nobl tərəfindən Mauntbatten-Vindzorun cümə axşamı Sandrinqem malikanəsində vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılmasından sonra çəkilib. Daha sonra o Norfolkdakı Aylşam Polis Bölməsində 11 saat dindirilib.

Çərçivənin altında divara yapışdırılmış plakatda "O indi tərləyir" yazılıb.

“Hamı İlona Nifrət Edir” qrupu milyarderləri və onların siyasi dostlarını hədəf aldığını iddia edir və buna nail olmaq üçün təxribatçı hərəkətlərdən istifadə edir.

Qeyd edək ki, keçmiş şahzadə 19 fevralda vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs edilib. O vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə dindirildikdən sonra sərbəst buraxılıb. İstintaq isə davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
ayna.az

1Источники