RU

Kirəyə bazarında tarazlıq pozulub: MƏNZİLLƏR BAHALAŞACAQ

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəhərlərdə kirayə qiymətləri uzun illər ərzində əhalinin sosial vəziyyətinə birbaşa təsir edən əsas amillərdən biri olub.

Son dövrlərdə urbanizasiya və əhali sıxlığının artması ilə birlikdə kirayə qiymətlərində yüksəliş, xüsusilə gənc ailələr və aşağı gəlirli əhali üçün ciddi problemə çevrilib. Bu vəziyyət sosial stratifikasiya və gəlir fərqliliyini daha da dərinləşdirə, müəyyən qrupların şəhərin mərkəzlərindən kənara çıxmasına səbəb ola bilər.

Kirayə qiymətlərini tənzimləyən mexanizmlərin tətbiqi, məsələn, qiymət limiti, subsidiyalar və ya sosial mənzil proqramları, yalnız maddi yükü azaltmaqla qalmır, eyni zamanda şəhərlərdə sosial tarazlığı da dəyişə bilər. Belə mexanizmlər insanların şəhərin mərkəzi ərazilərində yaşama imkanlarını bərpa edə, müxtəlif gəlir qrupları arasında inteqrasiyanı gücləndirə və həmçinin əhalinin sosial-iqtisadi fərqliliyini yumuşalda bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib ki, bütün bazarlar kimi, kirayə mənzil bazarı da özünü avtomatik tənzimləyir:

"Qiymətlər tələb və təklif əsasında formalaşır. Əgər müəyyən ərazilərdə kirayə mənzillərə tələbat yüksəkdirsə, qiymətlər artır, əks halda isə azalır. 2018-ci ildə başlayan pilot layihə çərçivəsində bəzi kvartallar söküldü və burada yaşayan sakinlər kirayə mənzillərlə təmin olundu. Bu səbəbdən həmin dövrdən etibarən kirayə mənzillərə tələbat yüksək qalır və qiymət artımı davam edir, çünki tələb təklifi üstələyir".

Anar Nəsirov: Kirayə axtaranların seçim imkanı az olduğundan məcburən yüksək qiymətlərə razı olurlar

Onun sözlərinə görə, bəzi işbazlar bu vəziyyəti öz xeyrinə istifadə edərək əmlaklarını bazar qiymətindən yüksək qiymətə təklif edirlər:

"Kirayə axtaranların seçim imkanı az olduğundan onlar da məcburən yüksək qiymətlərə razı olurlar. Məsələn, əvvəllər gün ərzində 50-60 mənzil kirayəyə çıxarılırdısa, bu rəqəm indi 7-8-ə qədər azalıb. Bu da kirayə axtaranların bazarda rəqabətə məcbur olmasına gətirib çıxarır. Əgər müəyyən dövrdə kirayəyə çıxan mənzillərin sayı artsa və müraciət edənlərin sayı azalsa, bazar əks istiqamətdə hərəkət edir. Bu halda əmlak sahibləri qiymətləri endirməyə meyilli olur, çünki rəqabət yaranır. Yəni, kirayə bazarında qiymətlər tələb və təklifdən asılı olaraq yüksəlir və azalır".

Həmsöhbətimiz deyib ki, sosial tənzimləmə baxımından dövlət tərəfindən sərt nəzarətlə qiymətlərin endirilməsi mümkün olmayacaq. Bununla belə, bazarda daha çox əmlakın çıxarılması qiymətlərin stabilləşməsinə kömək edə bilər, amma hazırda bu mümkün deyil. Yeni söküntülər zamanı, söküntü şirkətləri və əmlak sahibləri arasında bir neçə mərhələdə razılaşma əldə edilir:

"Bir kvartalın sökülməsi zamanı 90-100-dən çox ailə kirayə mənzillə təmin olunmalıdır. Bu da kirayə bazarında tələbatı artırır, çünki söküntü zamanı bazardan çıxan mənzillər və yeni kirayəyə çıxan mənzillər təklifin azalmasına gətirib çıxarır. Evləri sökülən ailələr ən azı 2-3 il kirayədə yaşamalıdır ki, yeni bina hazır olsun. Nəticədə, həmin müddət ərzində bazarda kirayə mənzil çatışmazlığı və qiymət artımı davam edir".

Anar Nəsirov onu da vurğulayıb ki, qiymətlərin azalması gözlənilmir, əksinə, müəyyən faizlərlə artım müşahidə olunacaq.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
bakivaxti.az

2Источники