Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ürək əməliyyatı zamanı dünyasını dəyişib.
Qeyd edək ki, M.Aslanov 1949-cu il noyabrın 22-si Naftalan şəhərində anadan olub. O, 2010-2020-ci illərdə Milli Məclisin iki çağırış deputatı olub.
"Cebheinfo.az"