RU

ABŞ-da 6 mindən artıq uçuş ləğv edilib

ABŞ-da ölkənin şimal-şərqini bürümüş qar fırtınası səbəbindən 6000-dən çox təyyarə uçuşu ləğv edilib. “FlightAware”-nin məlumatına görə, Nyu-York ərazisindəki hava limanlarında, o cümlədən Con F.Kennedi, LaQuardia və Nyuark Liberti beynəlxalq hava limanlarında təxminən 1500 uçuş ləğv edilib. 

Boston, Filadelfiya və Vaşinqtondakı digər əsas hava limanlarında da uçuşlar ləğv edilib. Daha 17000 uçuş təxirə salınıb.

Ölkənin şimal-şərqində əlverişsiz hava şəraiti səbəbindən ictimai nəqliyyat dayandırılıb, səyahət qadağaları tətbiq edilib və yollara çıxmamaq barədə xəbərdarlıqlar edilib. Massaçusets ştatının qubernatoru Maura Healey, Bristol, Plimut, Barnstable və Dukes qraflıqlarında nəqliyyat vasitələrinin hərəkətini qadağan edən sərəncam imzalayıb.

P.ƏMİRCANOV
XQ

 

Избранный
2
3
xalqqazeti.az

4Источники