RU

Yerli özünüidarəetmənin rolunun artırılması məsələləri - Əli Məsimli yazır

Beynəlxalq təcrübədən,eləcə də bir sıra bələdiyyələrimizin timsalında öz təcrübəmizdən məlumdur ki,işlər düzgün təşkil edildikdə, bələdiyyələr yerli problemlərin həllində fəal rol oynayırlar.Çünki beynəlxalq təcrübə göstərir ki, müəyyən çatışmazlıqlara baxmayaraq, yerli problemlərin həllinə bələdiyyələr qədər yaxın,həssas,vətəndaş müraciətlərinin həllinə bələdiyyələr qədər operativ nail ola bilən ikinci struktur yoxdur.Bu əsasda səmərəli fəaliyyət göstərməyə qadir güclü bələdiyyələrin formalaşması həm yerli problemlərin həllinin sürətləndirilməsinin,həm də regional iqtisadiyyatın güclənməsinin mühüm şərtidir.Bu baxımdan Azərbaycanda da bələdiyyələrin yerli problemlərin həllindəki rolunun artırılması getdikcə daha çox dərcədə obyektiv zərurətə çevrilir.

Son illər bələdiyyələrin fəaliyyətində sosial xarakterli məsələlərin həllində iştirak,şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinə müəyyən dəstək baxımından görülən işlər daha mühümdür.Bununla yanaşı bələdiyyələrin öz ərazilərində 3 qrup məsələnin həllində iştirakının genişləndirməsi getdikcə daha çox dərəcədə obyektiv təlabata çevrilir:

1.Bələdiyyə torpaqlarından və dövlətin bələdiyyələrə verdiyi əmlakdan səmərəli istifadə edilməklə yerli əhalinin ehtiyaclarını ödəmək üçün bələdiyyə müəssisəslərinin sayının əhəmiyyətli dərəcədə artırılması və hazırkı 30 obyektdən qat-qat yüksək səviyyəyə çatdırılması,istehsal və xidmət sahələrinin,o cümlədən birgə müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması.

2.Şəhid ailəsinin üzvləri,qazilər, kimsəsizlər,xəstələr, qocalar, maddi imkansızlar,valideyn himayəsindən məhrum olmuş,həmçinin istedadlı uşaqlara və s. dövlət sosial təminatından əlavə birdəfəlik təminatların verilməsi və imkan daxilində buna davamlı xarakter verilməsi.

3.Yerli əhalinin aktiv hissəsini,QHT-ləri və s. də cəlb etməklə məişət tullantılarının idarə olunmasınında və yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllində fəal iştirak.

Bundan əlavə vətəndaşlar bələdiyyələrə daha çox fərdi yaşayış evlərinin tikintisi,sahibkarlıq və digər məqsədlər üçün torpaq sahələrinin ayırılması,dəfn mərasimləri xərclərinin qarşılanması,işlə təminat,küçə və məhəllələrin abadlaşdırılması,idman və uşaq meydançalarının və mərasim zallarının tikintisi, məhəllədaxili və ya kənd yollarının təmiri, su təchizatı və s. bu kimi məsələlərlə bağlı müraciət edirlər.

Azərbaycanda 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində 20 min 454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlamışdı. 2009 və 2014-cü illərdə bələdiyyələrin birləşməsi nəticəsində ölkə bələdiyyələrinin sayı azalaraq 1607-yə enmişdi. 2025-ci ildə bələdiyyələrin birləşməsi nəticəsində ölkə bələdiyyələrinin sayı yenidən azalaraq 685-ə endilib.Bələdiyyələrin öz vəzifələrini lazımı səviyyədə yerinə yetirə bilməsi üçün bu sahədəki mənfi meylləri aradan qaldırmaq,müsbət meylləri daha da inkişaf etdirmək və beynəlxalq təcrübədən yaradıcılıqla istifadə etməklə proqram xarakterli tədbirlər həyata keçirilməlidir. İlk növbədə bələdiyyələrin Konstitusiya ilə müəyyən olunmuş və müvafiq qanunlarla təsbit edilmiş səviyyədə müstəqilliyi təmin edilməlidir.Bununla yanaşı həmin vəzifələrə uyğun səviyyədə də səlahiyyəti və maliyyə imkanları olmalıdır.2025-ci ildə dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiya 7,5 milyon manat təşkil edib ki, bu da hər bələdiyyəyə orta hesabla 11 min manata yaxın vəsait ayrılması deməkdir.Bələdiyyələrin vergi daxilolmaları 2024-cü ildə özündən əvvəlki illə müqatisədə 20 faiz artaraq 22,3 milyon manatdan 26,7 milyon manta çatıb.Hər yeni bələdiyyəyə orta hesabla 39 min manatlıq vergi yığımı düşür.Bələdiyyələrin gəlirlərində müsbət dinamikanın olması yaxşı haldır.Lakin bu dinamikanın sürətləndirilməsinə ehtiyac var.Çünki uzun illərin statistikası göstərir ki,bələdiyyələrin gəlirləri xeyli müddət 30-35 milyon manat arasında dəyişib, sonra 50 milyon manata ətrafında olub və 2024-cü ildə isə 63 milyon manata çatıb. 2025-ci ildə və bu il bir qədər də artıb 70 milyon manata çata bilər.Amma bələdiyyələrin qarşısında duran vəzifələr fonunda bu məbləğ də çox kiçik məbləğdir.

Bələdiyyələr birləşdikdən sonra hər yeni bələdiyyəyə orta hesabla 90 min manat ətrafında vəsait düşür.Həmin vəsaitin xeyli hissəsi əməkhaqqına və xidmətlərin alınmasına, yerdə qalanı isə digər məsələlərin həllinə yönəldilir.Belə bir şəraitdə təbii ki,yerli problemlərin həlləndə bələdiyyələrin iştırakını kütləvi şəkildə genişləndirmək mümkün deyil.Bunu yalnız maliyyə imkanı sözügedən həmin orta statistik məbləğdən azı 5-10 dəfə,ondan da qat-qat çox gəliri olan bələdiyyələr edə bilər.Çünki bələdiyyələrin öz vəzifələrini dolğun şəkildə yerinə yetirə bilməsi və bələdiyyə ərazisində yaşayan əhaliyə keyfiyyətli xidmətin göstərilməsi birbaşa maliyyə imkanlarından asılıdır.Ona görə də yerli problemlərin həlləndə bələdiyyələrin iştirakını genişləndirməkdən ötrü bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət mərkəzində olmalı,bələdiyyə gəlirlərinin şaxələndirilməsi, dayanıqlı gəlir mənbələrinin formalaşmasına imkan verən yeni mexanizmlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində təsirli tədbirlər həyat keçirilməlidir.

Bələdiyyələrin heç olmasa bir hissəsinin normal fəaliyyətini təmin etməklə, onların qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli əhəmiyyətli yolların təmiri, yaşıllaşdırma, işıqlandırma və abadlıq işlərini həyata keçirirmək; sosial layihələrin icrasını təşkil etmək; vətəndaşların öz yaşadıqları ərazinin idarə olunmasında birbaşa iştirakını və vətəndaş müraciətlərini operativ həllini təmin etmək olar.

Əli MƏSİMLİ,

deputat

Избранный
15
3
redaktor.az

5Источники