RU

​​​​​​​Bitcoin 63 min dollara kimi ucuzlaşıb

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kriptovalyuta bazarında eniş trendi davam edib.

“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, son 24 saatda dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti 2,86% azalıb. Hazırda BTC 63 207 dollar səviyyəsində ticarət olunur.

Bazarın ikinci ən böyük aktivi olan Ethereum isə sutka ərzində 1,99% dəyər itirib və 1 829 dollara enib.

Digər iri aktivlərdən BNB 0,19% artıb, Bitcoin Cash 9,32%, Monero 1,60%, Zcash isə 2,71% azalıb.

Qızıl təminatlı tokenlərdən PAX Gold 0,35%, Tether Gold isə 0,18% artım göstərib.

Analitiklər sutkalıq enişi qlobal maliyyə bazarlarında risk iştahının zəifləməsi, investorların daha təhlükəsiz aktivlərə – xüsusilə qızıl yönümlü tokenlərə üstünlük verməsi və kriptovalyuta bazarında satış təzyiqinin artması ilə izah edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
5
apa.az

7Источники