RU

Qazaxıstan Xəzər dənizinin öyrənilməsi və qorunmasına 2 milyon dollar ayırıb VİDEO

Astana, 24 fevral, AZƏRTAC

Qazaxıstan Hökumətinin ehtiyat fondundan Xəzər dənizinin öyrənilməsi və qorunması üçün 1,1 milyard tengə (təqribən 2,2 milyon ABŞ dolları) ayrılıb.

AZƏRTAC-ın Qazaxıstan Hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq qərar Baş nazir Oljas Bektenov tərəfindən imzalanıb. Vəsait “Qazax Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu” ASC-yə yönəldilib.

Maliyyələşdirmə dəniz monitorinqinin aparılması üçün avadanlıqların alınmasına, həmçinin hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchizatını nəzərdə tutub.

Bu, instituta bilavasitə dəniz akvatoriyasında kompleks monitorinqə keçməyə, o cümlədən hidrometeoroloji və bioloji mühit parametrləri üzrə sistemli müşahidələr aparmağa, eləcə də dənizin Qazaxıstan hissəsindəki proseslər haqqında elmi əsaslı bazanı genişləndirməyə imkan verəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
2
5
azertag.az

6Источники