Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşması ilə əlaqəli fəaliyyət göstərən və sosial mediada təşkilatın təbliğatını aparanlara qarşı əməliyyat nəticəsində 11 şübhəli saxlanılıb.
"Report" verir ki, məlumatı "Haber Global" yayıb.
Bildirilib ki, polis əməkdaşları evlərdə axtarışlar aparıb. Saxlanılan şübhəlilər sorğu-sual edilmək üçün idarəyə aparılıb.