RU

İstanbulda İŞİD əməliyyatı: 11 nəfər saxlanıldı

İstanbulda İŞİD terror təşkilatı ilə əlaqəli və sosial mediada terror təbliğatı yayan şəxsləri hədəf alan əməliyyat keçirilib. Əməliyyatda 11 şübhəli saxlanılıb.

Sitat.info xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi, İstanbul Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə, İŞİD silahlı terror təşkilatı ilə əlaqəli əvvəlcədən müəyyən edilmiş ünvanlarda əməliyyat keçirib.

Təşkilatla əlaqəli fəaliyyətlə məşğul olan və sosial mediada təbliğat aparan on bir şəxs nəzarətə alınıb. Polis qrupları hədəf alınan evlərdə axtarış aparıb və saxlanılan şübhəlilər dindirilmək üçün Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Tehran,

Sitat.info

Избранный
10
sitat.info

1Источники