RU

Zelenski şikayətləndi: Aİ ölkələri Ukraynaya qoşun göndərmək istəmir

Qərb tərəfdaşlarımız öz qoşunlarını Ukraynaya göndərməyə hazır deyillər.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski AFP agentliyinə verdiyi müsahibədə deyib.

“Heç kim ön cəbhədə dayanmaq istəmir. Ukraynalılar tərəfdaşlarımızın bizimlə ön cəbhədə olmasını istəyərdilər. Məsələn, polyaklar hazır olduqlarını təsdiqləməyiblər”, - Zelenski şikayətlənib.

Bundan əlavə, dövlət başçısı qeyd edib ki, müttəfiq ölkələr hərbi kontingentlərini Belarusla sərhəd yaxınlığında yerləşdirməklə bağlı istəklərini bildirmirlər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
12
herbiand.az

1Источники