RU

Azərbaycanda ali təhsil müəssisəsi 2 vəzifəyə işçi axtarır

Azərbaycanda ali təhsil müəssisəsi bir sıra vəzifələrə işçi axtarır.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası kafedralar üzrə aşağıdakı 2 vəzifənin tutulması üçün müsabiqə elan edib.

Humanitar fənlər kafedrasının müdiri – 1 yer
Maliyyə və mühasibat kafedrası üzrə dosent – 1 yer.

Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu bu gündən bir ay müddətində aparılır. Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər (AƏSMA-da işləyən şəxslər ərizə ilə birlikdə yalnız 6-cı bənddə qeyd olunan sənədləri təqdim etməlidirlər):

Rektorun adına ərizə.
Kadrlar uçotunun şəxsi vərəqəsi.
Ali təhsil haqqında diplomun surəti.
Elmi dərəcə haqqında diplomun surəti.
Elmi ad haqqında diplomun surəti.
Elmi və elmi-metodik işlərin siyahısı.

Telefonlar: (012) 526-58-41, (012) 526-58-42, daxili nömrə -2807.
Ünvan: AZ 1130, Bakı şəhəri, Azadlıq prospekti 181.

Billurə

Избранный
1
1
olke.az

2Источники