Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən təşkil olunacaq yarış fevralın 27-dən martın 1-dək baş tutacaq.
Turnirdə kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
66 kq
73 kq
81 kq
Ömər Rəcəbli
90 kq
Murad Fətiyev
100 kq
+100 kq
Qadınlar
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
63 kq
Fidan Əlizadə
70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
"Cebheinfo.az"