RU

Amnistiya aktı bu qədər insana şamil edildi

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı fevralın 19-a dək 18 min 355 nəfərə şamil edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyuk prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirilib.

Məlumata görə, onlardan 5 min 638 nəfəri azadlıqdan məhrum etmə cəzasından azad edilənlərdir.

Onların 572 nəfəri Azerbaycanın suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə istirak edənler qadınlar, əlillər və 18 yaşına çatmayanlardır. 96 nəfəri böyük ictimai təhlükə törtəməyənlər cinayətlərə görə məhkum edilınlər, 1081 nəfəri ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum edilənlər, 3 min 386 nəfəri az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, 503 nəfəri isə ilk dəfə ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərdir./Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
14
olaylar.az

10Источники