RU

Sənaye parklarında rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər - Sədr

Bakı. Trend:

Sənaye zonalarında 2025-ci ildə 25 sahibkarlıq subyektirezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb. 14 yenimüəssisə fəaliyyətə başlayıb.

Trend xəbərverir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyindəİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətininsədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrəfəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuatkonfransında deyib.

"Bu müəssisələr tərəfindən 136 milyon manat investisiyayatırılıb və 1100 daimi iş yeri yaradılıb.

Həmçinin sənaye parklarında tətbiq edilən vergi və gömrükgüzəştləri nəticəsində rezidentlər ötən il 42 milyon manatdan artıqvəsaitə qənaət ediblər.

İndiyədək rezidentlər tərəfindən qənaət olunmuş ümumi vəsaitinməbləği 547 milyon manatdan çoxdur", - sədr bildirib.

Избранный
26
az.trend.az

1Источники